...

Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 27 Noyabr 2025 16:16 (UTC +04:00)
Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulması istiqamətində növbəti addım olaraq Füzuli şəhərində Qarabağ Regional DOST Mərkəzinin DOST məntəqəsi fəaliyyətə başlayıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov məntəqədə yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Anar Əliyev DOST konsepsiyasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər aparılan sosial islahatların mühüm uğurlarından biri olduğunu vurğulayıb. O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST modeli əsasında artıq Füzulidə də dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərilir. Nazir yeni DOST məntəqəsində daim yüksək səviyyədə xidmətlərin göstərilməsi, habelə məşğulluqla bağlı müraciət edən sakinlərin aktiv məşğulluq proqramlarına cəlb edilmələri və s. barədə tapşırıqlarını verib. Böyük Qayıdış Proqramına uyğun olaraq dogma yurd yerlərinə qayıdan insanların DOST xidmətləri ilə əhatə edilmələri üçün ardıcıl işlər aparılır. Belə ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, 2023-cü ildə Bərdədə 10 rayon və şəhərin (Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə, Xankəndi) sakinlərinə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi və 2024-cü ildə onun Şuşada filialı, bu ilin avqust ayında Kəlbəcərdə DOST məntəqəsi açılıb.

Füzuli DOST məntəqəsinin fəaliyyətə başlaması bu istiqamətdə növbəti addımdır. Məntəqə mobillik və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. Burada həmçinin, məşğulluq xidmətlərinin və KOBİA tərəfindən kiçik və orta biznesin inkişafının dəstəklənməsi istiqamətində xidmətlərin göstərilməsi, gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur. DOST Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, Füzuli Şəhərində Qarabağ Regional DOST mərkəzinin ilk xidmət məntəqəsi rəsmi olaraq açılır. Bu məntəqə Füzuli şəhərində məskunlaşmış vətəndaşlara sosial müdafiə sosial təminat məşğulluq və əmək münasibətləri istiqamətində xidmətlər göstərəcək. Xidmət məntəqəsinin ərazisi 200 kvadratmetrə bərabərdi və müasir formatdadır. Burada yeni texnologiyalar tətbiq olunub. Burada tək DOST agentliyi deyil həm də Dövlət Məşğulluq Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də xidmətləri də Vətəndaşlara təqdim olunacaq. DOST agentliyi ümumilokdə 120 xidmət göstərəcək, eyni zamanda Məşğulluq Agentliyindən aktiv məşğulluq tədbirləri, işsiz və işaxtaran şəxslərə məşğulluqla bağlı müxtəlif xidmətlər göstəriləcək. Eyni zamanda KOBİA tərəfindən də müxtəlif xidmətlərin göstərilməsi planlaşdırılır. Ümimilikdə DOST agentliyidə gün ərzində 50-ə yaxın, Dövlət Məşğulluq Agentliyi 50-ə yaxın və KOBİA isə 30-a yaxın vətəndaşa xidmətlərdən yararlana biləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti