Bakı. Trend:
praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan və bu fəaliyyətə başlamaq istəyən şəxslərin sertifikasiyasına dair yeni Qaydaları təsdiq edib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yeni qaydalara əsasən, sertifikasiya imtahanı üçün sınaq imtahanında iştirak haqqı ali təhsilli tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisas təhsilli tibb mütəxəssisləri üçün 25 manat təşkil edəcək.
Davamlı peşəkar inkişaf (DPİ) üzrə minimum kredit tələbi də müəyyən edilib: tibb mütəxəssisləri hər il ən azı 50 kredit, beş il ərzində ümumilikdə 250 kredit toplamalıdırlar.
Qərarda həmçinin qüvvədə olan sertifikasiya şəhadətnamələrinə malik tibb mütəxəssisləri üçün keçid müddəaları da müəyyən edilib. Şəhadətnaməsinin qüvvədə olma müddəti bitməmiş mütəxəssislər illik 50 krediti topladıqda, müddətin başa çatmasına bir ildən az qaldıqda isə 50 kredit toplamaqla yeni şəhadətnamə əldə edə biləcəklər.
Nazirlər Kabinetinin 2010-cu il tarixli 108 və 111 nömrəli əvvəlki qərarları isə ləğv olunub.
Belə ki, aşağıdakı tibb mütəxəssisləri şəhadətnamə əldə etmək üçün imtahanda iştirak etməlidirlər:
- ən azı 5 (beş) il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməyənlər;
- hər il orta hesabla 50 (əlli) kredit olmaqla, DPİ üzrə minimum 250 (iki yüz əlli) krediti 5 (beş) il ərzində toplamayanlar.
Tibb mütəxəssislərinin sertifikasiyası Nazirliyin Elmi-Tibbi Şurası və Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən həyata keçiriləcək.
Sınaq imtahanı istisna olmaqla imtahan ödənişsizdir. Sınaq imtahanının ödənişi Mərkəzin bank hesabına köçürülməlidir.
