Bakı. Trend:
“Apple” korporasiyası “Qara Cümə” (28 noyabr ) münasibətilə “Ipad” tabletlərinə rekord qiymət təyin edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yüksək endirimlər “Apple” şirkətinin öz səhifəsində deyil, “Amazon” , “Currys”, “Argos” kimi onlayn satış platformalarında hədiyyə vauçerləri şəklində tətbiq olunur.
Bildirilib ki, “Amazon”un Britaniya seqmentində “Apple iPad Air M3” (256GB) əvvəl 699 funt sterlinqə idisə, artıq 579 funta (təxminən 1,300 manat) təklif olunur. Digər “aypəd” təklifləri aşağıdakı kimidir:
“Apple iPad” 11-ci nəsil - 299 funt (əvvəl 329 funt olub)
“Apple iPad mini 7” - 469 funt (əvvəl 499 funt olub)
