Bakı. Trend:
Əczaçılıq sənayesinin inkişafı Azərbaycan hökumətinin prioritetlərindən biridir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, həm Azərbaycanın, həm də İordaniyanın iqtisadi potensialı layihələrdən geniş istifadə edilməsinə imkan yaradır:
“Bu gün Azərbaycan əczaçılıq sənayesinin inkişafında maraqlıdır. İordaniyada bu sənaye kifayət qədər inkişaf edib. Əczaçılıq sənayesinin inkişafı üçün İordaniya ilə birlikdə müştərək layihələrin həyata keçirilməsi müzakirə edildi. Əczaçılıq sənayesinin inkişafı Azərbaycan Hökümətinin prioritetlərindən biridir. Bununla bağlı silsilə tədbirlər həyata keçirilir. İordaniya əczaçılıq sahəsində böyük istehsala malikdir. İordaniya Azərbaycanla da istehsal sahəsində əməkdaşlığa maraqlıdır. Aidiyyatı şirkətlər və qurumların iştirakı ilə müzakirələr aparılacaq, bu sahədə atılacaq addımlar müəyyənləşdiriləcək", - deyə o əlavə edib.
