...

"Barselona"nın futbolçusu İtaliya klubuna keçə bilər

İdman Materials 27 Noyabr 2025 13:29 (UTC +04:00)
"Barselona"nın futbolçusu İtaliya klubuna keçə bilər

Bakı. Trend:

“Barselona”nın müdafiəçisi Andreas Kristensen karyerasını İtaliyada davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi “Latsio”ya keçmək niyyətindədir.

Danimarka millisinin üzvünün “Barselona” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Kristensen “Çelsi” və “Borussiya” (Münhenqladbax) klublarının da formasını geyinib.

“Latsio” İtaliya A seriyasında 18 xalla 8-ci pillədədir.

Xəbər lenti

Xəbər lenti