...

Azərbaycan və İordaniya 12 yeni saziş üzrə danışıqlar aparır - Sahil Babayev

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2025 12:35 (UTC +04:00)
Azərbaycan və İordaniya 12 yeni saziş üzrə danışıqlar aparır - Sahil Babayev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İordaniya arasında 12 yeni saziş üzrə danışıqlar aparılır.

Trend xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev Bakıda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxışı zamanı bildirib.

“Artıq formalaşdırdığımız hüquqi baza genişlənməyə davam edir. Hazırda 40-dan çox sənəd qüvvədədir, səkkiz saziş ekspertlər səviyyəsində razılaşdırılıb və 12 yeni layihə üzrə danışıqlar davam edir”, – deyə o vurğulayıb.

S. Babayev qeyd edib ki, bugünkü iclasda daha 5 sazişin imzalanması nəzərdə tutulur. Onun sözlərinə görə, həmin sazişlər orta müddətli gündəliyi formalaşdıracaq və müvafiq nazirlik və qurumlar arasında institusional əlaqələrin gücləndirilməsinə dəstək olacaq.

“İqtisadi əməkdaşlığımız inkişaf edir, lakin artım potensialı hələ də əhəmiyyətlidir. Ticarət göstəricilərinə nəzər salsaq, cari ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin 24% artdığını görürük. Amma əlbəttə, mütləq göstəriciləri nəzərə alsaq, bu, hər iki ölkənin potensialı ilə müqayisədə çox azdır”, – deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti