...

Azərbaycan və İordaniya hökumətlərarası 5-ci iclas çərçivəsində biznes-forumun keçirilməsi barədə razılığa gəlib

İqtisadiyyat Materials 27 Noyabr 2025 15:26 (UTC +04:00)
Azərbaycan və İordaniya hökumətlərarası 5-ci iclas çərçivəsində biznes-forumun keçirilməsi barədə razılığa gəlib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İordaniya, hökumətlərarası komissiyanın 5-ci iclası çərçivəsində biznes-forum keçirilməsi ilə bağlı razılığa gəlib. Həmin iclasın 2025-ci və ya 2026-cı ildə təşkil olunması planlaşdırılır.

Trend xəbər verir ki, bunu bu gün İordaniyanın Sənaye, Ticarət və Logistika naziri Yarub Əl-Kuda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.

“Biz bundan sonra irəliləməli olduğumuz müxtəlif istiqamətləri müzakirə etdik. İlk məsələlərdən biri odur ki, komissiya münasibətlərimizin dinamikasını qorumaq üçün tez-tez toplanmalıdır. Həmçinin komissiya çərçivəsində biznes-forum keçirmək barədə razılığa gəldik ki, bu da iki ölkənin işgüzar dairələri arasında birbaşa körpülər yaratmağa və əlaqələri möhkəmləndirməyə xidmət edəcək”, – o bildirib.

Əl-Kuda qeyd edib ki, tərəflər həm MDB məkanında, həm də Yaxın Şərqdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Biz həmçinin investisiyalarımızı – İordaniyanın Azərbaycandakı, eləcə də Azərbaycanın İordaniyadakı investisiyalarını müzakirə etdik. Ortaq investisiyalara və layihələrə doğru da irəliləyə biləcəyimizə ümid edirik”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti