...

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu artıb

İqtisadiyyat Materials 27 Noyabr 2025 18:18 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,169 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 127,6 milyon manat və ya 0,4%, 2024-cü ilin noyabrın 1-nə nisbətən isə 2,4 milyard manat və ya 8,3% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,561 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 28,7 milyon manat və ya 0,4% azalma, illik müqayisədə isə 551 milyon manat və ya 7,9% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 21,842 milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 156,3 milyon manat və ya 0,7%, ötən illin noyabrın 1-nə olan göstəriciyə nisbətən isə 1,8 milyard manat və ya 8,8% çoxdur.

Bundan başqa, bu ilin noyabrın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,765 milyard manat olub ki, bu da aylıq müqayisədə eyni səviyyədə qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 66,9 milyon manat və ya 3,9% artıb.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,3%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 70,1%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 5,7%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti