...

Kreativ industriya qlobal sferada (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2025 19:00 (UTC +04:00)
Kreativ industriya qlobal sferada (FOTO)

Bakı. Trend:

Son qlobal qiymətləndirmələr göstərir ki, yaradıcı iqtisadiyyat dünya ÜDM-inin təxminən 6–7%-ni təşkil edir. “Creative Economy Outlook” hesabatına əsasən, ölkələr üzrə yaradıcı iqtisadiyyatın payı inkişaf səviyyəsinə və yaradıcı sektorların əhatə dairəsinə görə 0.5%-dən 7.3%-ə qədər dəyişir. Bazar araşdırmaları göstərir ki, 2024-cü ildə qlobal yaradıcı sənayelər təxminən 3 trilyon ABŞ dolları dəyərində iqtisadi dəyər yaradıb və proqnozlara görə, bu rəqəm 2030-cu illərin əvvəllərində 4.2 trilyon ABŞ dollarını ötəcək. Yaradıcı xidmətlərə artan tələbat fonunda bu sektorun payı 2030-cu ilə qədər dünya ÜDM-inin 10%-nə yaxınlaşa bilər. Kreativ industriyanın əsas istiqamətlərdən biri də CultTech (Mədəniyyət sahəsində texnologiya sahəsi) sferasıdır. Azərbaycanda da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi diqqətində olan innnovasiya yönümlü sahələrdən biri məhz CulTechdir.

Nazirliyinin dəstəyi ilə yaradılan Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi artıq 4-cü kohortdan CulTech üzrə müraciət edən strartapları dəstəkləyir. Belə ki, Yaradıcı Mərkəzin ev sahibliyi etdiyi və SUP VC şirkətinin təşkilatçılığı ilə həyata keçirilən CulTech İnkubasiya Proqramının 4-cü kohortu dinamik inkişafı və təqdim etdiyi real nəticələrlə ölkənin yaradıcı sənayelər ekosistemində mühüm hadisəyə çevrilib. CulTech Azərbaycan yaradıcılıq mühitində ilk dəfə olaraq dizayn, mədəniyyət, kino, musiqi, oyun sənayesi, rəqəmsal incəsənət və kreativ texnologiyalar sahələrində çalışan gəncləri vahid platformada birləşdirən innovativ model kimi formalaşıb. Proqram bu gün həm ölkə daxilində, həm regionda, həm də qlobal miqyasda diqqət çəkən uğur hekayələri yaradır.

Startapların nümayişləri və ictimai tanıdılması

4-cü kohort startaplarının fəaliyyəti təkcə inkubasiya çərçivəsində deyil, müxtəlif yaradıcı və innovasiya yönümlü tədbirlərdə də geniş nümayiş olunub: Inmerge Summit, BAKU ID, STEAM Azerbaijan Festivalında, Nargiz Magazine-in “Force of Love”. Bu platformalarda CulTech startapları yerli və beynəlxalq auditoriyaya öz məhsullarını təqdim edərək həm tərəfdaşlar, həm də potensial investorlar üçün yeni imkanlar əldə ediblər.

Proqram çərçivəsində 4 startap startap şəhadətnəməsi, 2 startap isə qrant əldə ediblər.

CulTech iştirakçıları həm yerli, həm də xarici ekspertlərdən ibarət mentorlarla: Məhsul inkişafı, kreativ biznes modeli qurulması, qlobal bazarlara çıxış strategiyası, mədəniyyət–texnologiya birləşməsi, brendləşmə və kontent istehsalı üzrə intensiv mentorluq alıblar. Türkiyə, Estoniya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Mərakeş, BƏƏ və digər ölkələrdən olan peşəkarların iştirakı məzunlara regional və qlobal perspektiv qazandırıb.

CulTech proqramı həmçinin ölkənin ADA, UNEC, ADNSU,UFAZ kimi aparıcı universitetlərindən seminarlar vasitəsilə minlərlə gənci yaradıcı sənayelərin sürətlə inkişaf edən sahələri ilə tanış edib. Bunlardanbir qismi isə inkubasiya komandalarına qoşularaq real layihələrdə təcrübə qazanıb.

CulTech-in gələcək planları

CulTech ekosistemi 2025–2026-cı illərdə: C-HUB modelinin İƏT ölkələrində tətbiqi, CulTech–GameTech–Animasiya klasterlərinin genişləndirilməsi, regionlar üzrə CulTech Roadshow proqramları, CulTech məzunlarının qlobal sərgilərdə və festivallarda iştirakı, beynəlxalq investorlarla birbaşa görüş platformaları kimi genişmiqyaslı planları həyata keçirməyi qarşıya məqsəd qoyub.

İƏT Yaradıcı Həftə Bakı 2025 çərçivəsində təşkil olunan bütün CulTech tədbirlərində iştirak etmək istəyən şəxslər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:

week.creative.az

Xəbər lenti

Xəbər lenti