...

“Nyukasl” UEFA-ya şikayət ünvanlayacaq

İdman Materials 27 Noyabr 2025 18:47 (UTC +04:00)
“Nyukasl” UEFA-ya şikayət ünvanlayacaq

Bakı. Trend:

İngiltərənin “Nyukasl” klubu UEFA-ya rəsmi şikayət ünvanlayacaq.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, buna Fransa polisinin klubun azarkeşlərinə qarşı ədalətsiz münasibəti səbəb olub.

İngiltərə təmsilçisi təhlükəsizlik qüvvələrinin bu davranışını kəskin pisləyib və güc tətbiqinin lüzumsuz olduğunu vurğulayıb.

Qeyd edək ki, “Marsel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdən sonra “Nyukasl” 9 xalla 11-ci, Fransa klubu isə 6 xalla 21-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti