Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşə biləcəyini bildirib.
Trend xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.
Şeynbaum qeyd edib ki, görüş 2026-cı il Dünya Kubokunun püşkatma mərasiminin Vaşinqtonda keçirilməsi zamanı baş tuta bilər.
Prezident bildirib ki, ABŞ Prezidenti və Kanadanın Baş naziri Mark Karninin 5 dekabr püşkatma mərasimində iştirakını təsdiqləməsini gözlədikdən sonra özü görüşə gedib-getməyəcəyinə qərar verəcək.
“Qərar hələ verilməyib. Mən yaxın vaxtlarda Prezident Trampla danışmamışam. Görüşün baş tutub-tutmayacağını görəcəyik”, – Şeynbaum əlavə edib.
