Bakı. Trend:
Yol polisi əməkdaşlarının çevik müdaxiləsilə yola dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.
Trend xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Hazırda Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən dairədə olan svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.
xxx
22:28
Yasamal rayonu, “20 Yanvar” dairəsində yük avtomobillərindən birində daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması nəqliyyatda sıxlıq yaradıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
