Bakı. Trend:
Danimarka Xarici İşlər Nazirliyində hər gecə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı atdığı addımları və verdiyi bəyanatları izləmək üçün xüsusi növbətçi çalışır.
Trend-in "Politiken" nəşrinə istinadən verdiyi məlumata görə, bu ştat vahidi Trampın Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək niyyətində olduğunu bildirməsindən sonra yaradılıb.
Növbətçinin əsas vəzifəsi ABŞ prezidentinin Qrenlandiya barədə söylədiyi hər bir fikri dəqiq şəkildə qeydə almaq və səhərə qədər Danimarka Nazirlər Kabinetinə, eləcə də aidiyyəti qurumlara hesabat təqdim etməkdir.
Bundan əlavə, əgər Tramp tərəfindən hər hansı kritik addım atılarsa, növbətçi ilkin tədbirləri görməlidir. Bunun üçün əməkdaşın ixtiyarında Danimarka XİN rəhbərliyinin telefon nömrələri saxlanılır.
