...

Azərbaycanda ən çox kredit qoyulan sahələr - SİYAHI

İqtisadiyyat Materials 27 Noyabr 2025 20:20 (UTC +04:00)
Azərbaycanda ən çox kredit qoyulan sahələr - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,169 milyard manat, o cümlədən vaxtı keçmiş kreditlərin həcmi isə 544,8 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamaya görə, kredit portfeli aylıq müqayisədə 127,6 milyon manat və ya 0,4%, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən isə 2,4 milyard manat və ya 8,3% çoxdur.

Dövr ərzində Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ən çox kredit ev təsərrüfatına qoyulub. Belə ki, bu ilin noyabrın 1-nə sözügedən sahəyə qoyulmuş kreditlərin həcmi 18,584 milyard manata çatıb. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 2 milyard manat və ya 12% çoxdur.

Bundan başqa, hesabat dövründə banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna 4,222 milyard manat (+5%), nəqliyyat və rabitə sektoruna 2,124 milyard manat (+17,2%), inşaat və tikinti sektoruna 1,832 milyard manat (-4,2%), sənaye və istehsal sektoruna 1,693 milyard manat (+8,1%), mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna 694,8 milyon manat (-24%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna 571,4 milyon manat (+3,9%) kredit qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti