...

UFC 324-də Castin Qetje və Paddi Pimblett döyüşəcək

İdman Materials 28 Noyabr 2025 06:25 (UTC +04:00)
UFC 324-də Castin Qetje və Paddi Pimblett döyüşəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Eurosport”un tanınmış ispan jurnalisti Alvaro Kolmenero UFC 324 turnirində yüngül çəki dərəcəsində baş tutacaq döyüşlərin tərkibini açıqlayıb.

Trend-in məlumatına görə, jurnalistin sözlərinə əsasən, turnirin ən çox həyəcanla gözlənilən qarşılaşmalarından biri Castin Qetje ilə Paddi Pimblett arasında olacaq.

“Çoxsaylı mənbələr mənə UFC 324-də Castin Qetje və Paddi Pimblettin döyüşəcəyini bildiriblər. Fikrimcə, bu, turnirin əsas hadisəsi olacaq. Mənim düşüncəmə görə, əgər Topuriya İslam Mahaçevlə Ağ Evdə və ya Beynəlxalq Döyüş Həftəsində qarşılaşmasa, bu döyüşün qalibi yaz və ya yay aylarında İliya ilə döyüşəcək”, – X sosial şəbəkəsindəki “Championship Rounds” hesabı Kolmeneronun fikirlərindən sitat gətirib.

Xəbər lenti

Xəbər lenti