Bakı. Trend:
Peruda məhkəmə ölkənin sabiq prezidenti Pedro Kastilyonu qiyama cəhd ittihamı ilə 11 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarıb.
Trend RPP radiostansiyasına istinadla xəbər verir ki, eyni müddətli cəza Meksikanın Limadakı səfirliyində gizlənən sabiq baş nazir Betsi Çavesə də verilib.
Xatırladaq ki, 2022-ci il dekabrın 7-də Pedro Kastilyo korrupsiya ittihamları ilə bağlı impiçment məsələsinin müzakirə olunacağı iclasdan əvvəl Konqresin buraxıldığını elan etmişdi. Lakin Parlament iclası davam etdirərək onun vəzifədən uzaqlaşdırılması üçün səs vermişdi. Bundan sonra Kastilyo saxlanılıb. Qiyam cəhdinə görə ittiham Betsi Çavesə də irəli sürülüb.
