Bakı. Trend:
UEFA İntizam Komitəsi “Qarabağ” klubuna qarşı sanksiya tətbiq edib.
Trend UEFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin U-19 komandasının UEFA Gənclər Liqasının IV turunda “Çelsi” ilə Bakıda keçirilən oyununda azarkeşlərin rəqib futbolçuya qarşı irqçi davranış sərgiləməsi olub.
Məlumata əsasən, bu səbəbdən UEFA “Qarabağ” klubunu 5000 avro məbləğində cərimələyib.
Bundan əlavə, klub növbəti ev oyununu azarkeşsiz keçirmə şərti cəzası alıb. Əgər “Qarabağ” azarkeşləri bu müddətdə təkrar irqçi hərəkətlərə yol verərlərsə, cəza dərhal qüvvəyə minəcək.
