...

"Real Madrid" Niko Pası geri qaytarır

İdman Materials 27 Noyabr 2025 20:39 (UTC +04:00)

Bakı. Trend:

"Komo"nun futbolçusu Niko Pas İspaniyaya qayıdacaq.

Trend xəbər verir ki, "Real" argentinalı hücumameyilli yarımmüdafiəçini transfer etməyi planlaşdırır.

Məlumata görə, "Kral klubu" Pası 2024-cü ilin yayında "Komo"ya 6 milyon avroya satıb. Madrid nəhəngi məhz bu maddəni işə salaraq Argentina millisinin üzvünü sıralarına cəlb edəcək.

Qeyd edək ki, Niko Pas bu mövsüm "Komo"nun heyətində İtaliya A Seriyasında meydana çıxdığı 12 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti