...

Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək

İdman Materials 27 Noyabr 2025 21:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

22–26 dekabr tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.

Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir.

Xəbər lenti

Xəbər lenti