...

Britaniya hökuməti "Lukoil International GmbH" şirkətinə ümumi lisenziya verib

Turizm Materials 27 Noyabr 2025 23:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti "Lukoil"ın xarici aktivlərinə sahib olan "Lukoil International GmbH" şirkətinə ümumi lisenziya təqdim edib.

Trend xəbər verir ki, bu barədə ölkənin Xəzinədarlıq Departamentinin tərkibində fəaliyyət göstərən Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası Ofisi məlumat yayıb.

Bildirilib ki, şirkətlə əməliyyatların həyata keçirilməsinə icazə verən lisenziya 26 fevral 2026-cı il tarixinədək qüvvədə olacaq.

Xatırladaq ki, bundan əvvəl Britaniya hakimiyyəti "Lukoil"un Bolqarıstandakı dörd törəmə şirkəti – "Lukoil Bulgaria", "Lukoil Neftochim Burgas", "Lukoil Aviation Bulgaria" və "Lukoil Bunker Bulgaria" üçün ümumi lisenziyanın müddətini 14 fevral 2026-cı ilə qədər uzatmışdı.

Xəbər lenti

Xəbər lenti