Bakı. Trend:
Noyabrın 26-da hakimiyyətə gələn hərbçilər ölkə ərazisində insanların hərəkəti ilə bağlı əvvəlki məhdudiyyətləri və komendant saatını noyabrın 28-dən etibarən ləğv etdiklərini elan ediblər.
Trend xəbər verir ki, bu barədə Ali Hərbi Komandanlığın (AHK) Milli Televiziya vasitəsilə yayımlanan bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, 26 noyabr 2025-ci il hadisələrindən sonra ölkə yollarında insanların və yüklərin hərəkətinə məhdudiyyətlər tətbiq edilmiş, gecə vaxtı komendant saatı elan olunmuşdu. Ölkə prezidentinin keçid dövrü üçün and içməsi və qaydanın bərpası məqsədilə AHK yaradılıb və insanların, həmçinin dövlət müəssisələrinin və özəl şirkətlərin normal fəaliyyətinin bərpası üçün şərait formalaşdırılıb. Yaranmış vəziyyəti təhlil edərək, AHK 28 noyabrdan etibarən bütün əvvəlki məhdudiyyətlərin ləğv olunduğunu açıqlayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, sabiq prezident Umaru Sisoku Embalo, daxili işlər və ictimai asayiş naziri Botçe Kande, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Biage Na Ntan və onun müavini Mamadu Ture sağlamdırlar, lakin AHK tərəfindən həbsdə saxlanılırlar.
AHK məlumat verib ki, yaxın vaxtlarda Qvineya-Bisauda keçid hökuməti yaradılacaq və ölkədə sakitlik və sabitliyi poza biləcək yürüşlərin, etirazların, nümayişlərin və digər fəaliyyətlərin qadağan olunduğunu bəyan edib.
