...

Niderland PUA-ları aşkar edən 100 radar əldə edib

Dünya xəbərləri Materials 28 Noyabr 2025 02:56 (UTC +04:00)
Niderland PUA-ları aşkar edən 100 radar əldə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland dronları əvvəlcədən aşkar etmək üçün 100 ədəd xüsusi radar alıb.

Trend-in məlumatına görə, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, 100 radar dərhal təhvil verilməyəcək: ilk partiya sabah ölkəyə çatacaq, bütün radarların isə 2026-cı ilə qədər tam təhvil verilməsi planlaşdırılır. Radarları müşayiət edəcək xüsusi nəqliyyat vasitələrinin 2026-cı ilin əvvəlində hazır olacağı qeyd olunub.

Məlumata görə, Niderlandın Robin Radar şirkətinin istehsalı olan bu sistemlər PUA-ları quşlardan və digər hava obyektlərindən ayırd edə biləcək texnologiyaya malikdir.

Xəbər lenti

Xəbər lenti