...

ABŞ Venesueladan quru yolu ilə narkotik daşımalarına qarşı mübarizəyə başlayacaq

Dünya xəbərləri Materials 28 Noyabr 2025 07:19 (UTC +04:00)
ABŞ Venesueladan quru yolu ilə narkotik daşımalarına qarşı mübarizəyə başlayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yaxın vaxtlarda Venesueladan quru yolu ilə həyata keçirilən narkotik daşımalarına qarşı mübarizəyə start verəcəyini bildirib.

Trend xəbər verir ki, dövlət başçısı bunu hərbçilərlə videokonfrans zamanı deyib.

“Buna nail olacağıq; biz artıq çox iş görmüşük. Dəniz daşımaları 85 faiz azaldılıb. Yəqin ki, insanların narkotikləri dəniz yolu ilə daşımaq istəmədiyini görmüsünüz və biz onları quruda dayandırmağa başlayacağıq. Quruda bunu etmək daha asandır və bu, çox yaxın zamanda başlayacaq”, – deyə Tramp vurğulayıb.

O həmçinin ABŞ administrasiyasının yeni “B-2 Spirit” gizli strateji bombardmançılarını sifariş etdiyini bildirib: “B-2-nin dizaynındakı gizli texnologiya sayəsində 2025-ci ilin yayında İrana qarşı əməliyyat uğurlu oldu. Mən həmin pilotlara, mexaniklərə, bu bombardmançılara xidmət göstərən bütün insanlara təşəkkür etmək istəyirəm. Biz sadəcə olaraq onların daha çoxunu sifariş etdik”.

Xəbər lenti

Xəbər lenti