Bakı. Trend:
Avropa Kosmik Agentliyi (AKA) tarixində ilk dəfə olaraq büdcəsinin müəyyən hissəsini müdafiə məqsədli layihələrə yönəltməyi planlaşdırır.
Trend xəbər verir ki, agentliyin qəbul etdiyi qətnamədə “AKA-nın hökumətlərarası mexanizminin müdafiə sahəsində layihələrin həyata keçirilməsi üçün lazım olan səlahiyyət və maliyyəni təmin etdiyi” qeyd olunur.
İştirakçı ölkələr tərəfindən üçillik dövr üçün təsdiqlənmiş 22,1 milyard avroluq büdcə agentlik tarixində rekord göstərici sayılır. 2024-cü il üçün isə təxminən 17 milyard avroluq maliyyələşdirmə nəzərdə tutulur.
“Politico”nun məlumatına görə, xərclər sırasında Yerin müşahidəsi proqramına 3,4 milyard avro, “təhlükəsiz rabitə” layihəsinə 2,1 milyard avro, Avropanın raket buraxılış sistemlərinin inkişafına isə 900 milyon avro ayrılıb.
AKA büdcəsinə ən böyük töhfələr Almaniya, Fransa və İtaliya tərəfindən verilib – onların payı müvafiq olaraq təxminən beş və üç milyard avrodur.
Bundan əvvəl “Euractiv” xəbər vermişdi ki, agentlik üzv ölkələrdən hərbi kəşfiyyat peykləri şəbəkəsinin yaradılması üçün təxminən 1 milyard avro vəsait ayırmağı xahiş etməyi planlaşdırırdı.
Qeyd edək ki, AKA-nın əvvəlki əsas proqramları – GPS-ə alternativ “Galileo” naviqasiya sistemi və iqlim dəyişikliyinin monitorinqinə xidmət edən “Kopernikus” layihəsi tamamilə mülki məqsədlərə yönəlmişdi.
