...

Estoniyada hərbi xidmət üçün dil tələbi qüvvəyə minir

Dünya xəbərləri Materials 28 Noyabr 2025 01:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniyada 2026-cı ildən etibarən müddətli həqiqi hərbi xidmətə yalnız eston dilini bilən gənclər çağırılacaq.

Trend xəbər verir ki, bu barədə məlumat "Ohtuleht" nəşrinə istinadən verilib.

Yeni qaydaya görə, çağırışçılar eston dilini B1 səviyyəsində bilməlidirlər. Bu səviyyədə şəxs sadə komandaları başa düşür və təlim almağa qadirdir. Orduda hesab edirlər ki, bu tələbin tətbiqi dil baryeri səbəbindən çağırışçıların ən sadə əmrləri belə anlamaması problemini aradan qaldıracaq.

Əgər çağırışçı eston dilini B1 səviyyəsində bilmirsə, o, ehtiyata daxil edilməyəcək, lakin 27 yaşadək çağırışçı statusunda qalacaq. Bu müddət ərzində zəruri dil bacarıqlarını əldə edərsə, hərbi xidmətə çağırılacaq, əks halda 28 yaşına çatdıqda ehtiyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti