...

Vaşinqtonda atışmada yaralanan Milli Qvardiya hərbçisi həyatını itirib

Dünya xəbərləri Materials 28 Noyabr 2025 05:54 (UTC +04:00)
Vaşinqtonda atışmada yaralanan Milli Qvardiya hərbçisi həyatını itirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonda baş verən atışma zamanı yaralanan Milli Qvardiyanın hərbçisi vəfat edib.

Trend-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu barədə hərbçilərə təşəkkür günü münasibətilə müraciətində bildirib.

“Təəssüf ki, Qərbi Virciniyadan olan Sara Bekstromun öldüyünü indicə öyrəndim. Digər gənc isə həyatı uğrunda mübarizə aparır”, – deyə Tramp qeyd edib.

Qeyd olunur ki, Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki əsgəri güllələnib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun 2021-ci ildə ABŞ-yə daxil olmuş Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanval olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanları insidenti beynəlxalq terror aktı kimi qiymətləndirmə ehtimalını araşdırır.

Xəbər lenti

Xəbər lenti