Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqından olan həmkarları ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, görüş zamanı Azərbaycanla Aİ arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamika müzakirə olunub.
Hacıyev əlavə edib ki, tərəflər ikitərəfli gündəlikdəki geniş məsələlər ətrafında fikir mübadiləsi aparıblar və Azərbaycan ilə Aİ arasında tərəfdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
