...

Ukrayna və ABŞ nümayəndə heyətləri sülh planı üzərində işini davam etdirəcək - Zelenski

Dünya xəbərləri Materials 28 Noyabr 2025 03:54 (UTC +04:00)
Ukrayna və ABŞ nümayəndə heyətləri sülh planı üzərində işini davam etdirəcək - Zelenski
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri bu həftənin sonunda sülh planının müddəaları üzərində işlərini davam etdirəcək və gələn həftə onun iştirakı ilə mühüm danışıqlar keçiriləcək.

Trend xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yayımlanan videomüraciətində məlumat verib.

Dövlət başçısı bildirib: “Komandamız Amerika nümayəndələri ilə birlikdə həftənin sonunadək Cenevrə danışıqları nəticəsində əldə etdiyimiz razılaşmaları sülh və təhlükəsizlik təminatlarına yaxınlaşdıracaq şəkildə inkişaf etdirməyə davam edəcək. Nümayəndə heyətlərinin görüşü keçiriləcək. Ukrayna nümayəndə heyəti bu görüşə yaxşı hazırlaşacaq və əsaslı işə sadiq olacaq. Hazırda Amerika tərəfi və Avropadakı dostlarımızla əlaqə saxlayırıq.”

O əlavə edib: “Gələn həftə yalnız nümayəndə heyətlərimiz arasında deyil, həm də mənim iştirakımla vacib danışıqlar aparılacaq. Biz bu danışıqlar üçün möhkəm baza formalaşdırırıq.”

Xəbər lenti

Xəbər lenti