Bakı. Trend:
Şri-Lankada baş verən güclü təbii fəlakətlər nəticəsində 47 nəfər ölüb, 21 nəfər isə itkin düşüb.
Trend xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.
Şri-Lanka Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin açıqlamasında bildirilir ki, ötən həftədən bəri ölkədə davam edən güclü yağışlar insan tələfatına səbəb olub.
“Təbii fəlakətlər nəticəsində 47 nəfər həlak olub, 21 nəfər itkin düşüb, çoxsaylı evlər, əkin sahələri və yollar su altında qalıb. Ölkə üzrə 5893 nəfər fəlakətlərdən zərər çəkib”, – açıqlamada qeyd olunub.
Səlahiyyətlilər əlavə ediblər ki, dağlıq ərazilərdə relslərə düşən qaya, palçıq və ağaclar səbəbindən bəzi qatarların hərəkəti dayandırılıb və bəzi xətlər suyun altında qalıb.
