Bakı. Trend:
ABŞ Prezidentinin xüsusi səfiri Stiv Uitkoffun Rusiyaya gözlənilən səfəri ərəfəsində Senatda Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin müzakirəsi dayandırılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“ABŞ Senatı Rusiyaya qarşı genişmiqyaslı, iki partiyanın dəstəklədiyi sanksiya paketinin müzakirəsini dayandırıb… Qanun layihəsi Trampın əsas danışıqlar aparanı Stiv Uitkoffun gələn həftəyə planlaşdırılan Moskva səfərinə qədər təxirə salınıb”, – deyə “Kyiv Post” nəşrin məlumatında bildirilir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən mətbuat konfransında Rusiyanın neft şirkətlərinə qarşı yeni ABŞ sanksiyaları ilə bağlı müzakirələrin başlamasına təəcübləndiyini, həmçinin Alyaska zirvə toplantısında ABŞ və Rusiya rəhbərliyi arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qarşılıqlı anlaşmanın olduğunu bildirmişdi.
