...

Xocalıya köçürülən əhalinin içməli su təminatı necə təşkil edilir? - AÇIQLAMA

Cəmiyyət Materials 28 Noyabr 2025 12:22 (UTC +04:00)
Xocalıya köçürülən əhalinin içməli su təminatı necə təşkil edilir? - AÇIQLAMA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xocalı şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən 1 ədəd subartezian quyusu qazılıb, 1 ədəd subartezian quyusu bərpa edilib və 2.6 km magistral su kəməri inşa edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA-dan bildirilib.

Qeyd edilib ki, hazırda şəhər ərazisində bərpa edilmiş fərdi yaşayış evləri və çoxmənzilli yaşayış binaları 24 saat su ilə təmin olunur.

“Ballıca kəndinin su mənbəyi müəyyən edilmiş,magistral su kəmərinin və kənd daxili su şəbəkəsinin qəzalı hissələri bərpa edilib. Kənd ərazisində 2 ədəd su anbarı təmizlənib, zərərsizləşdirilib və istismara qəbul edilib. Xanyurdu kəndinin 1 ədəd mövcud subartezian quyusu bərpa edilib, kənd daxili su şəbəkəsinin qəzalı hissələri bərpa edilib. Kənd ərazisində 1 ədəd su anbarı təmizlənib, zərərsizləşdirilib və istismara qəbul edilib”.

Qurumdan bildirilib ki, Təzəbinə kəndinin mövcud daxili su şəbəkəsi, 1 ədəd subartezian quyusu təmir-bərpa işləri həyata keçirilib. Kənd ərazisində 1 ədəd su anbarı təmizlənib, zərərsizləşdirilib və istismara qəbul edilib:

“Kəndin yeni su mənbəyi olaraq 1 ədəd subartezian quyusu qazılıb, 4.6 km magistral su kəməri inşa edilib.

Daşbulaq kəndində daxili su şəbəkəsi və magistral su kəməri yenidən inşa edilib. Kəndin su mənbəyi olan 1 ədəd subartezian quyusu bərpa edilib. Kənd ərazisində 1 ədəd su anbarı təmizlənib, zərərsizləşdirilib və istismara qəbul edilib. Badara kəndinin su mənbəyi bərpa edilib, magistral su kəmərinin və daxili su şəbəkəsinin qəzalı hissələri bərpa edilib. Kənd ərazisində 4 ədəd su anbarı təmizlənib, zərərsizləşdirilib və istismara qəbul edilib. Alternativ su mənbəyi olaraq 1 ədəd yeni subartezian quyusu qazılıb, subartezian quyusu və su anbarı arası 2.6 km magistral su kəməri inşa edilib”.

Qeyd edilib ki, Seyidbəyli kəndində daxili su şəbəkəsi və magistral su kəməri yenidən inşa edilib. Kəndin su mənbəyi olan 1 ədəd subartezian quyusu bərpa edilib. Kənd ərazisində 1 ədəd su anbarı təmizlənib, zərərsizləşdirilib və istismara qəbul edilib.

“Alternativ su mənbəyi olaraq 1 ədəd yeni subartezian quyusunun inşası nəzərdə tutulur. Kənd hazırda 24 saat fasiləsiz su ilə təmin edilir.

Xanabad kəndinin su təchizat sistemi ADSEA tərəfindən yenidən icra edilir.

Şuşakənd kəndində 1 ədəd subartezian quyusu bərpa edilib, 1 ədəd qaldırıcı nasos stansiyası bərpa edilib, magistral su kəmərinin və kənddaxili su şəbəkəsinin qəzalı hissələri bərpa edilib. Kənd ərazisində 2 ədəd su anbarı təmizlənibmiş, zərərsizləşdirilib və istismara qəbul edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti