...

Türk dövlətləri informasiya məkanında vahid strategiyaya doğru irəliləyir - Azər Qarayev

Siyasət Materials 28 Noyabr 2025 18:18 (UTC +04:00)
Türk dövlətləri informasiya məkanında vahid strategiyaya doğru irəliləyir - Azər Qarayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul şəxslərinin Bakıda keçirilmiş 7-ci toplantısı türk dünyasında informasiya siyasətinin gələcəyini müəyyənləşdirən mühüm mərhələlərdən biri kimi qiymətləndirilə bilər.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, toplantı iştirakçıların səviyyəsinə, müzakirə olunan istiqamətlərin strateji xarakterinə və qəbul edilən qərarların uzunmüddətli təsir potensialına görə türk dövlətləri arasında media sahəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə keçidin göstəricisidir:

"Toplantının Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan son illərdə regionda informasiya təhlükəsizliyi, media islahatları və transregional kommunikasiya platformalarının yaradılması baxımından aparıcı rola malikdir.Bunun üç əsas səbəbi var. Azərbaycan informasiya müharibəsinin real təcrübəsinə malikdir – xüsusən 44 günlük müharibədən sonra dezinformasiya ilə mübarizə dövlət təhlükəsizliyi siyasətinin mərkəzi elementinə çevrilib. Şuşa Qlobal Media Forumu kimi beynəlxalq formatların təşkili Azərbaycanı regional media dialoqunun mərkəzinə çevirib.Türk dövlətlərinin inteqrasiya xəttində Bakı siyasi və mədəni baxımdan körpü rolunu oynayır.Bu kontekst toplantının regional informasiya gündəliyinin formalaşdırılmasına verdiyi töhfəni artırır".

A.Qarayev bildirib ki, tədbirdə Azərbaycan tərəfinin prioritetləri, dezinformasiya ilə mübarizə və media savadlılığının artırılması olub:

"Dezinformasiya və saxta xəbərlərin qarşısının alınmasını Azərbaycan informasiya təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz hissəsi hesab edir. Bu, təkcə müdafiə yanaşması deyil həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, fakt-yoxlama mexanizmlərinin inkişafı və media savadlılığı proqramlarının genişləndirilməsi deməkdir. Azərbaycan media qanunvericiliyinin yenilənməsi, media subyektlərinin vahid platforma üzərindən qeydiyyatı, jurnalist fəaliyyətinin şəffaflaşdırılması kimi islahatlar həyata keçirib. Bu çıxış həmin islahatların regional kontekstdə də təqdim edilməsinə xidmət edir".

Politoloq vurğulayıb ki, 2027–2031-ci illəri əhatə edən beşillik strategiya TDT-nin media sahəsində ilk uzunmüddətli strateji çərçivəsidir və təşkilatın informasiya siyasətinə institusional yanaşmasının gücləndirildiyini göstərir.

"Bakıdakı toplantı türk dünyasında informasiya və media sahəsi üzrə institusionallaşma, koordinasiyanın dərinləşməsi, media iqtisadiyyatının inkişafı, informasiya təhlükəsizliyinin regional səviyyədə təminatı özündə ehtiva edir.Bu toplantı təkcə media təcrübəsinin mübadiləsi deyil, həm də türk dövlətlərinin informasiya məkanında vahid ekosistemin qurulmasına doğru ciddi addım kimi qiymətləndirilə bilər​", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti