...

Qarabağ və Şərqi Zəngəzurda internetlə təmin edilən abunəçilərin sayı AÇIQLANIB

Telekommunikasiya Materials 28 Noyabr 2025 18:08 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurda internetlə təmin edilən abunəçilərin sayı AÇIQLANIB
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il noyabrın 1-dək azad olunmuş ərazilərdə 6353 abunəçi GPON texnologiyası ilə sürətli internet, telefon və İP TV xidmətləri ilə təmin olunub.

Trend-in əldə etdiyi məlumata görə, bu abunəçilər, Ağdam şəhəri, Sarıcallı, Kəngərli və Xıdırlı kəndləri, Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli məntəqələri, Cəbrayıl şəhəri və Cocuq Mərcanlı, Füzuli, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın və Xocalı şəhərləri, eləcə də Ballıca, Əsgəran, Xanyurdu, Təzəbinə, Badara və Daşbulaq yaşayış məntəqələri ilə yanaşı, Zəngilan rayonunun Ağalı kəndində yaşayan əhalini də əhatə edir.

Belə ki, yerli əhalinin köçürülməsi və yaşayış məntəqələrinin istifadəyə verilməsi qrafikinə uyğun olaraq, bu ərazilərdə xidmətlərin təşkili üzrə işlər aparılır.

Eyni zamanda, ərazidə telekommunikasiya xidmətlərinin təşkili məqsədilə 25 yaşayış məntəqəsi arasında ümumi uzunluğu 975 km olan magistral fiber-optik kabel çəkilişi layihəsi çərçivəsində 727 km uzunluğunda müxtəlif markalı fiber-optik kabellər döşənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti