...

Dezinformasiya ilə mübarizə Azərbaycan üçün prioritet istiqamətdir - Əhməd İsmayılov

Cəmiyyət Materials 28 Noyabr 2025 11:38 (UTC +04:00)
Dezinformasiya ilə mübarizə Azərbaycan üçün prioritet istiqamətdir - Əhməd İsmayılov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Dezinformasiyanın və saxta xəbərlərin qarşısının alınması Azərbaycan üçün prioritet istiqamətdir.

Trend xəbər verir ki, bunu Bakıda Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib.

O vurğulayıb ki, Azərbaycan hökuməti KİV-in inkişafına xüsusi diqqət göstərir, bu sahədə dialoqu fəal şəkildə genişləndirir və beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.

Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumu KİV-in inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib.

“2025-ci ilin iyulunda keçirilən Üçüncü Şuşa Qlobal Forumu aparıcı media qurumlarının nümayəndələri, müxtəlif ölkələrdən – o cümlədən Özbəkistan, Qazaxıstan və digər dövlətlərdən gələn ekspertlər və analitiklər də daxil olmaqla geniş iştirakçı dairəsinin diqqətini cəlb edib. Tədbir çərçivəsində rəqəmsal dövrün çağırışları, məlumatların etibarlılığının artırılması yolları və beynəlxalq media əməkdaşlığı üçün yeni imkanlar müzakirə olunub”, – deyə o bildirib.

Ə.İsmayılov qeyd edib ki, Azərbaycan dezinformasiya və saxta xəbərlərlə mübarizəyə xüsusi diqqət yetirir və bu istiqaməti informasiya təhlükəsizliyinin qorunmasının əsas elementlərindən biri kimi qiymətləndirir.

“Azərbaycan peşəkarlığa, ortaq dəyərlərə və əməkdaşlığın bütövlüyünə sadiq qalır. Türk dövlətlərinin qarşılıqlı fəaliyyət platforması maraqlarımızın təşviqi və etimadın möhkəmləndirilməsi baxımından mühüm rol oynayır”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti