...

Xaçmaz rayonunda növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2025 12:57 (UTC +04:00)
Xaçmaz rayonunda növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)

Bakı.Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Xudat-Nabran avtomobil yolunun kənarında keçirilən aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əraziyə torpaq-iqlim şəraitinə uyğun yeni ağaclar əkilib, basdırılan tinglərin suvarılması təmin edilib. Məqsəd ekoloji tarazlığın və ətraf mühitin qorunmasına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti