...

Alibaba şirkəti "Quark S1" eynəklərini təqdim edib

Dünya xəbərləri Materials 28 Noyabr 2025 08:53 (UTC +04:00)
Alibaba şirkəti "Quark S1" eynəklərini təqdim edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Alibaba şirkəti süni intellekt sistemi ilə təchiz olunmuş yeni nəsil "Quark S1" ağıllı eynəklərinin satışa çıxarıldığını elan edib.

Trend "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, "Quark S1" eynəkləri şirkətin yaratdığı Qwen neyroşəbəkəsi əsasında hazırlanıb.

Qurğu istifadəçinin ətraf mühitini qeydə alan şəffaf displeylərlə təchiz edilib. Süni intellekt isə istifadəçinin eynəklə gördüyü görüntülərin üzərinə kontekstual məlumat əlavə edə bilir.

Cihazın bir dəfə şarjla 24 saat fasiləsiz işləmə imkanı olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti