Bakı. Trend:
İran 2026 Futbol üzrə Dünya Çempionatının final hissəsinin püşk-atmasını boykot etdiyini elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Tehranın belə bir qərar qəbul etməsinə səbəb ABŞ hökumətinin İrandan olan rəsmi nümayəndə heyətinin bir neçə üzvünə, o cümlədən İranın Futbol federasiyasının rəhbəri Mehdi Taca viza verməməsi olub.
“Biz artıq FİFA-nı məlumatlandırmışıq ki, qəbul olunmuş qərarın idmana heç bir aidiyyəti yoxdur və İran nümayəndə heyətinin üzvləri dünya çempionatının püşk atmasında iştirak etməyəcəklər”, - İranın futbol assosasiyasının nümayəndəsi bildirib.
Qeyd edək ki, Dünya Çempionatının püşkatması dekabrın 5-də Vaşinqtonda keçiriləcək. Püşkatma mərasimini boykot etməsinə rəğmən İran yığması 2026-cı ilin dünya çempionatında iştirak edəcək. Dünyanın ən mötəbər idman turniri iyunun 11-dən iyulun 19-a kimi ABŞ, Kanada və Meksikada keçiriləcək.
