Bakı.Trend:
Cari ilin 10 ayı ərzində əmək pensiyası təyin olunan şəxslərin sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 30,1 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Onların 67,11%-ni kişilər, 32,89%-ni isə qadınlar təşkil edib.
