Bakı. Trend:
Gələcəkdə süni intellektin kiçik və orta bizneslərə təsiri daha az olacaq.
Trend xəbər verir ki, bunu bu gün Dünya Bankının Ankaradakı nümayəndəliyinin aparıcı iqtisadçısı Rene Leon Solano Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammiti çərçivəsində təşkil edilmiş "Peşələrin gələcəyi bizdən nə tələb edir?" adlı paneldə "Yeni nəsil peşələrin xəritəsi" mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünya üzrə kiçik və orta bizneslərin yalnız 14 faizi süni intellektden istifadə edir.
"Bugünkü statistikalar onu deməyə imkan verir ki, süni
intellektin kiçik və orta bizneslərə təsiri daha az olacaq.
Statistikaya görə, müəllimlər də süni intellektdən az istifadə
edirlər. İlk olaraq, bir çox tapşırıqlar süni intellekt tərəfindən
icra ediləcək. Texnologiyanı iş yerlərində tətbiq etmək istehsal
xərcini azalda və qiymətlərə təsir göstərə bilər. Bu dəyişikliyin
pozitiv tərəfidir. Digər məqam ondan ibarətdir ki, süni intellektin
tətbiqi ilə yaradılan tapşırıqlarda onun alqortimindən istifadə edə
bilərik. Bəzi sahələrdə isə süni intellekt sadəcə dəstəkverici rol
oynaya bilər. Bəzi peşələr bir neçə ildən sonra ümumiyyətlə, mövcud
olmayacaq.
Məsələn, mühasibatlıq, hüquqşünaslıq kimi peşələr artıq
aktuallığını itirəcək".
