...

Rumıniyanın müdafiə naziri istefa verib

Dünya xəbərləri Materials 28 Noyabr 2025 17:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu təhsili ilə bağlı qalmaqal səbəbindən tutduğu vəzifədən istefa verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Mən istəmirəm ki, mənim təhsilim və illər əvvəl buraxdığım səhvlər hazırda ölkəni idarə edənlərin diqqətini yayındırsın”,- Moşteanu istefasını izah edib.

KİV yazır ki, nazirin rəsmi tərcümeyi-halında yalan məlumat göstərilib. Moşteanu Buxarestdəki Athenaeum Universitetində təhsil aldığını iddia edib. Gələcək müdafiə naziri 90-cı illərin sonunda “menecment” ixtisası üzrə diplom aldığını göstərib. Lakin ali təhsil ocağından jurnalistin sorğusuna əsasən bildirilib ki, onlarda heç vaxt belə bir tələbə olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti