...

Polis Aǧcabədidə 2 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Cəmiyyət Materials 28 Noyabr 2025 09:06 (UTC +04:00)
Polis Aǧcabədidə 2 kiloqramdan artıq narkotik vasitə aşkarladı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi.Trend:

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunan Allahşükür Məmmədov saxlanılıb.

Trend-in yerli bürosu xəbər verir ki, onun yaşadıǧı ünvandan satış məqsədi ilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram psixotrop maddə metamfetamin aşkarlanıb. A.Məmmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti