Bakı. Trend:
İndoneziyada daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 174 nəfərə çatıb.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, İndoneziyanın Sumatra adasında leysan yağışlar ötən həftənin sonlarından bəri davam edir və bölgədə ciddi dağıntılara və itkilərə yol açıb.
xxx
10:41
İndoneziyanın Sumatra adasında güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olan insanların sayı 84 nəfərə çatıb. Onlarla insan itkin düşmüş hesab olunur.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, İndoneziyanın Sumatra bölgəsində leysan yağışlar ötən həftənin sonlarından bəri davam edir.
İzafi suların yaratdığı sel dəmir yollarına, avtomagistrallara və ümumilikdə infrastruktura ciddi ziyan vurub, xilasedicilərin fəlakət zonasındakı rayonlara daxil olmasını çətinləşdirib.
