...

Süni intelekt 4-cü sənaye inqilabını geridə qoyur - Musa Quliyev

Cəmiyyət Materials 28 Noyabr 2025 11:31 (UTC +04:00)
Süni intelekt 4-cü sənaye inqilabını geridə qoyur - Musa Quliyev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Cəmiyyət olaraq təkcə dəyişikliklərə uyğunlaşmaqla kifayətlənməməli, həm də dəyişikliyin yaradıcılarından olmalıyıq.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, peşələrin sürətlə dəyişdiyi müasir dünyada düzgün peşə seçimi insanın cəmiyyətə verdiyi töhfəyə, yaşam keyfiyyətinə və standartlarına birbaşa təsir edir:

"Dünya sürətlə dəyişir, yeni peşələr yaranır, əməyin formaları, əmək münasibətləri dəyişir. Biz cəmiyyət olaraq təkcə bu dəyişikliklərə uyğunlaşmaqla kifayətlənməməli, həm də bu dəyişikliyin yaradıcılarından olmalıyıq. Süni intelektin bəşəriyyətin həyatına sürətlə daxil olması 4-cü sənaye inqilabını geridə qoymaqdadır. Rəqəmsal texnologiya, robotlar, yeni təhsil və yeni peşələr ənənəvi formaları sıradan çıxarır. Ona görə də, əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıq tələblərini, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etməklə, iştirakçıların gələcək iş dünyasına hazırlığını dəstəkləmək baxımdan bu sammit olduqca önəmlidir".

Xəbər lenti

Xəbər lenti