...

ABŞ-nin tam bərpası üçün “Üçüncü Dünya ölkələri"ndən miqrasiya dayandırılacaq -Tramp

Dünya xəbərləri Materials 28 Noyabr 2025 09:21 (UTC +04:00)
ABŞ-nin tam bərpası üçün “Üçüncü Dünya ölkələri"ndən miqrasiya dayandırılacaq -Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ sisteminin tam şəkildə bərpa olunması üçün administrasiyasının bütün “Üçüncü Dünya ölkələri”ndən miqrasiyanı daimi olaraq dayandırmaq üzərində çalışdığını bildirib.

Trend-in xarici KİV-ə istinadən xəbərinə görə, Tramp bu barədə sosial media platforması "Truth Social" vasitəsilə açıqlama verib.

O bildirib ki, vətəndaşlığı olmayanlara verilən bütün federal yardımlar və subsidiyalar ləğv ediləcək, ölkə daxilində asayişi pozan miqrantlar vətəndaşlıqdan çıxarılacaq, ictimaiyyət üçün yük hesab edilən, təhlükə yaradan və ya “Qərb sivilizasiyası ilə uyğunlaşmayan” bütün xarici vətəndaşlar ölkədən deportasiya olunacaq.

Prezidentin bu açıqlamaları, Ağ Ev yaxınlığında Əfqanıstan vətəndaşı olduğu deyilən şəxs tərəfindən törədilən silahlı insident nəticəsində bir Milli Qvardiya üzvünün güllələnərək öldürülməsindən sonra səsləndirilib.

Xəbər lenti

Xəbər lenti