...

Cakarta dünyada insanların ən sıx məskunlaşdığı şəhər elan edilib

Dünya xəbərləri Materials 28 Noyabr 2025 08:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın paytaxtı Cakarta 42 milyon nəfərlik əhalisi ilə dünyada insanların ən sıx məskunlaşdığı şəhər adını alıb.

Trend xəbər verir ki, “The Guardian” BMT-nin İqtisadi və Sosial Məsələlər İdarəsinin hesabatına istinadən məlumat yayıb.

Siyahıda ikinci yerdə 37 milyon əhalisi ilə Banqladeşin paytaxtı Dəkkə, üçüncü yerdə isə 33 milyon nəfərlik Tokio qərarlaşıb.

Bildirilib ki, əhali sayının hesablanması üçün BMT müxtəlif milli meyarlardan asılı olmayan, vahid demoqrafik və coğrafi-məkan parametrlərinə əsaslanan yeni sistem tətbiq edib.

Xəbər lenti

Xəbər lenti