...

Honkonqda 128 nəfərin həlak olduğu kompleksdə xilasetmə işləri başa çatdırılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 28 Noyabr 2025 12:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Honkonqda yaşayış kompleksində baş vermiş yanğın nəticəsində həlak olanların sayı 128 nəfərə çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər bildiriblər.

“Yanğın nəticəsində 128 nəfərin həlak olduğu yaşayış kompleksində xilasetmə işləri başa çatdırılıb”, - deyə Honkonqun təhlükəsizlik xidmətinin rəhbəri Krist Tanq qeyd edib.

12:35

xxx

Honkonqda yerləşən yaşayış kompleksində 94 nəfərin həyatına son qoymuş yanğın tamamilə söndürülüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yanğınsöndürənlər axtarış-xilasetmə tədbirlərini davam etdirir, heç kimin içəridə qalmadığına əmin olmaq üçün mənzillərə bir-bir baxış keçirilir.

Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında dünyanın ən sıx məskunlaşan və ən çox hündür binaların yerləşdiyi şəhərlərdən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti