...

Azərbaycan və İordaniya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Siyasət Materials 28 Noyabr 2025 15:25 (UTC +04:00)
Azərbaycan və İordaniya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 28-də İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, iki ölkə arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn arasında yaranmış səmimi münasibətlərin bu inkişafı şərtləndirən əsas amil olduğu bildirilib.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə maliyyə naziri Sahil Babayev iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti