...

TDT çərçivəsində təhlükəsiz informasiya mühiti üzrə həllərin axtarılması mühüm əhəmiyyət kəsb edir - Qırğızıstan səfiri

Cəmiyyət Materials 28 Noyabr 2025 11:51 (UTC +04:00)
TDT çərçivəsində təhlükəsiz informasiya mühiti üzrə həllərin axtarılması mühüm əhəmiyyət kəsb edir - Qırğızıstan səfiri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində vətəndaşlar üçün təhlükəsiz informasiya mühitinin yaradılmasına yönəlmiş həll yollarının axtarılması mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu Qırğısıtanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bildirib.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində vətəndaşlar üçün təhlükəsiz, şəffaf və ədalətli informasiya mühitinin formalaşdırılmasına xidmət edən həll yollarının tapılması vacibdir. Müasir rəqəmsal dövrdə internet və sosial şəbəkələr informasiyanın və ideyaların mübadiləsi üçün güclü alətə çevrilib, ifadə azadlığının və məlumatlara çıxışın təmin olunmasında əsas rol oynayır”, – deyə o vurğulayıb.

M. Mamıtkanovun sözlərinə görə, iştirakçı ölkələrdə təhlükəsiz və açıq informasiya mühitinin yaradılması prioritet məsələlərdən biridir. Bu, milli təhlükəsizliyin möhkəmləndirilməsinə, sosial sabitliyin qorunmasına və əməkdaşlığın inkişafına töhfə verir.

“Sosial şəbəkələr tez-tez əsassız məlumatların yayılması və nifrət çağırışları üçün istifadə olunur ki, bu da çoxdilli və mədəni müxtəlifliyə malik cəmiyyətlər üçün xüsusilə aktualdır. Buna görə də vətəndaşların etibarlı şəkildə qorunması və hüquqi prinsiplərə etimadın saxlanılması üçün müasir media savadlılığı mexanizmlərinin, kontent monitorinqinin və beynəlxalq əməkdaşlıq formatlarının tətbiqi böyük əhəmiyyət daşıyır”, – diplomat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti