...

TDT-nin informasiya bütövlüyünün təmin olunması üzrə Təşəbbüsünün işə salınması planlaşdırılır

Cəmiyyət Materials 28 Noyabr 2025 11:44 (UTC +04:00)
TDT-nin informasiya bütövlüyünün təmin olunması üzrə Təşəbbüsünün işə salınması planlaşdırılır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) informasiya bütövlüyünün təmin olunması üzrə Təşəbbüsün işə salınması planlaşdırılır.

Trend xəbər verir ki, bunu TDT Baş katibinin müavini Ömer Kocaman Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bildirib.

"Hal-hazırda təşkilatımızın 2027–2031-ci illəri əhatə edən beşillik strategiyası üzərində çalışırıq. Bu strategiya çərçivəsində “TDT-nin İnformasiya Bütövlüyünün Təminatı Təşəbbüsü” adlanan yeni bir strukturun yaradılması nəzərdə tutulur. Təşəbbüsün məqsədi birgə verifikasiya və faktların yoxlanılması mexanizmlərinin işlənib hazırlanması, vətəndaşların media savadlılığının artırılması üzrə kompleks proqramların həyata keçirilməsi, həmçinin informasiya müharibəsi təhlükələrinə cavab vermək üçün əlaqələndirilmiş mexanizmlərin tətbiq olunmasıdır", – deyə o bildirib.

Ö. Kocamanın sözlərinə görə, informasiya dünyagörüşünü formalaşdıran və siyasətə təsir edən strateji resursdur.

Baş katibin müavini qeyd edib ki, iclasın bu gün Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır:

“Bu gözəl şəhər bizim ortaq irsimizi və birlikdə qurmaq istədiyimiz gələcəyi təcəssüm etdirir. Azərbaycan türk dünyasında əməkdaşlığın gücləndirilməsində həmişə mühüm rol oynayıb.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti