...

Britaniya Aİ ilə Avropa müdafiə fonduna qoşulma danışıqlarında razılığa gələ bilməyib

Dünya xəbərləri Materials 28 Noyabr 2025 16:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Avropa İttifaqı ilə "Security Action for Europe" (SAFE) adlı müdafiə fonduna qoşulmaq barədə razılığa gələ bilməyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Aİ ilə əlaqələr üzrə dövlət naziri Nik Tomas-Simonds bəyan edib.

“Böyük Britaniyanın SAFE-in birinci raundunda iştirakına dair danışıqları başa çatdıra bilməməyimiz məyusluq yaratsa da Britaniyanın müdafiə sənayesi əvvəlki kimi yenə də üçüncü ölkələr üçün nəzərdə tutulmuş şərtlərlə SAFE çərçivəsindəki layihələrdə iştirak edə biləcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, Britaniyanın mövqeyi belədir ki, dövlət yalnız milli maraqlara cavab verən və qiymət–dəyər baxımından səmərə verən sazişləri imzalayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti